Qvardiola onun komandada qalmasını istəyir

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis adı Səudiyyə Ərəbistanı klubları ilə hallanan qapıçı Edersondan danışıb:

“Açığı, Edersonun komandada qalmasını istərdim. Amma necə olacağını görəcəyik”.

“Əl Nəsr” və “Əl İttihad” braziliyalı qapıçını transfer etmək istəyir. Klublar oyunçunun meneceri ilə danışıqlar aparır.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, “şəhərlilər”lə 332 oyunun 155-də qol buraxmayıb.