“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Mateus Nuneş haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis 26 yaşlı portuqaliyalının texniki bacarıqlarının meydançanın mərkəzi hissəsində effektiv işləməyə imkan vermədiyini irəli sürüb:
“Nuneş fiziki xüsusiyyətləri sayəsində yaxşı sağ cinah müdafiəçisi ola bilər. Məncə, o, kifayət qədər ağıllı və soyuqqanlı olmadığı üçün yaxşı yarımmüdafiəçi deyil. Amma onun yaxşı bacarığı var və çox şey öyrənir”.
Nuneşin “şəhərliər”lə sözləşməsi 2028-ci ilin yayına kimidir.