Qvardiola “Mançester Siti”dəki gələcəyindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadakı gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Hələ yekun qərarımı verməmişəm. Hazırda yenilik yoxdur. Bütün diqqətim növbəti oyunlardadır”.

Qvardiolanın klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Onun mövsümün sonunda “şəhərlilər”dən ayrılacağı iddia edilir.