Qvardiola “Mançester Siti”dən ayrıla bilər – yaxşı təklifi var

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. İspan mütəxəssis Səudiyyə Ərəbistanıda adı açıqlanmayan bir klubdan təklif alıb.

Qvardiola razılıq versə, “Mançester Siti”dəki illik maaşından qat-qat yüksək məbləğ alacaq.

“Mançester Siti” Premyer Liqada 26 turdan sonra 4-cü sıradadır.