“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadakı gələcəyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Hələ yekun qərarımı verməmişəm. Hazırda yenilik yoxdur. Bütün diqqətim növbəti oyunlardadır”.
Qvardiolanın klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Onun mövsümün sonunda “şəhərlilər”dən ayrılacağı iddia edilir.