Qvardiola: “Klubda işləməyə davam etmək istəyirəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki ispaniyalı mütəxəssis klubdakı işinə davam edəcəyini açıqlayıb:

“Mən “Mançester Siti”də qalmaq və klubda işləməyə davam etmək istəyirəm. Bu mənim planımdır. Mən buna əminəm? Bəli, bəli, bəli”.

Qeyd edək ki, “şəhərlilər” dünən Çempionlar Liqasında “Real”a uduzduqdan sonra mübarizədən kənarda qalıb.