Qvardiola: “İngiltərə Kubokunu qazanmağı sevirik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə kubokunun 1/4 finalında “Bornmut”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunun əla nəticə olduğunu bildirib:

“Biz bunu bacardıq. Ardıcıl yeddinci dəfə yarımfinala çıxdıq. Bunu deməyim üçün üzr istəyirəm, amma bu, əla nəticədir. “Bornmut”la səfər oyunları ən çətin sınaqlardan biridir. Biz İngiltərə Kubokunu qazanmağı sevirik. Ümid edirəm ki, finala yüksəlirik”.

“Şəhərlilər”in yarımfinaldakı rəqibi “Nottingem Forest” olub.