Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Real” (Madrid) və “Mançester Siti” qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Karlo Ançelotti və Xosep Qvardiola üçün bu, Avropanın klub turnirində 10-cu üzbəüz qarşılaşma olacaq. “Opta”ya görə, bu, yeni rekorddur – əvvəllər heç bir məşqçi Çempionlar Liqasında bir-birinə qarşı 10 oyun keçirməyib. Ançelotti və Qvardiola “Real Madrid” və “Mançester Siti”nin baş məşqçisi kimi Çempionlar Liqasında 8 dəfə qarşılaşıblar. Digər iki oyun isə 2013/2014-cü il mövsümünə təsadüf edir. O zaman Ançelotti “Real”ı, Qvardiola isə “Bavariya”nı çalışdırırdı.
Qeyd edək ki, İtaliyanın “Everton”u çalışdırdığı İngiltərə Premyer Liqasında da Ançelotti ilə Qvardiolanın yolları daha 4 dəfə kəsişib.