“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haqın qovulmasını şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis həmkarının ayrılığına pis olduğunu deyib:
“Həmişə məşqçilərin qovulmasına pis olmuşam. Çünki onlar mövqeyini itirir. Ten Haqla yaxşı münasibətim var. Düşünürəm ki, o, davranışları ilə “Mançester Yunayted”i layiqincə təmsil edə bildi.
Məşqçi işləyirsinizsə, insanlar sizin bir gün qovulmağınızı gözləyir. Bu, nadir peşələrdən biridir. Yaxşı şeylər olur, ancaq sizdən başqa kimsə bunu görmür”.