“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Lester”lə oyun öncəsi mətbuatın qarşısına çıxıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın gələcəyinə nikbin baxdığını bildirib:
“Gec-tez vəziyyət dəyişəcək. Mən buna əminəm. Bilirəm ki, hər şey dəyişəcək. Günəş çıxacaq, biz qayıdacağıq. Bunun nə vaxt olacağını bilmirəm. Əvvəllər demişdim ki, biz bütün mövsüm heç vaxt tam müdafiəçilərlə məşq etməmişik. Əhəmiyyətli oyunçular uzun müddət idi ki, yox idi. Nə Rodri, nə də mərkəz müdafiəçiləri”.