Qvardiola: “Getmək istəyən, gedə bilər”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola adı “Atletiko” ilə hallanan Xulian Alvareslə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis argentinalı oyunçunun ayrılmaq istədiyini söyləyib:

“Xuliana təşəkkür edirəm, bizə çox fayda verdi. Komandada çox sevilirdi, amma yeni çağırış istədi, ayrılmaq niyyətindədir. “Atletiko” yüksək səviyyəli klubdur .Getmək istəyən, gedə bilər, problem yoxdur”.

Alvares yaxın zamanda “Atletiko” ilə rəsmi müqavilə imzalayacaq.