Qvardiola fəxri doktor adına layiq görüldü

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb.

Futbolpress.az xəbər verir ki, o, şəhərə verdiyi töhfələrə, futboldan kənar işlərinə, Sala fondu ilə əməkdaşlığa və yerli ictimaiyyətə göstərdiyi təsirə görə mükafatlandırılıb.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. “Şəhərlilər” ispan mütəxəssisin başçılığı altında 7 dəfə Premyer Liqanı qazanıb.