“Mançester Siti”nin hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Xosep Qvardiola haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, norveçli forvard “Sky Sports”un sorğusuna cavab olaraq bunları deyib:
“Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, o, futbol tarixinin ən yaxşısıdır”.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Komanda onun başçılığı altında 6 dəfə Premyer Liqanı, 1 dəfə Çempionlar Liqasını qazanıb.