“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, gələn yay Klublararası Dünya Çempionatında qalib gəlsələr, onun və oyunçularının yaxşı bonus alacaqları ilə bağlı sualı cavablandırıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis buna layiq olmadıqlarını bildirib:
“Biz bu mövsüm bonusa layiq deyilik. Qalib gəlsək, klub bonus almalıdır. Məşqçi, heyət və oyunçular buna layiq deyillər”.
“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.
“Şəhərlilər” martın 30-da İngiltərə kubokunun 1/4 finalında “Bornmut”la qarşılaşacaq.