Qvardiola Avro-2024-ün favoritlərini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Avro-2024-ün favoritlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İspaniya, Almaniya və İngiltərə millisini fərqləndirib:

“Almaniya, İspaniya və İngiltərə çempionluğa daha yaxındır. Artıq onlar bu addımı atmalıdır. Yarımmüdafiə və hücumda yaxşı oyunçuları var. Böyük Britaniyada yaşayıram və İngiltərə millisinin çıxışını yaxından izləyəcəm”.

Almaniyanın ev sahibliyi edəcəyi turnirə iyunun 14-də start veriləcək.