Qvardiola antirekordunu təkrarladı

“Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a uduzub – 2:3.

Futbolpress.az xəbər verir ki, bu, “şəhərlilər”in bumövsümkü 12-ci məğlubiyyəti olub.

“StatsFoot” portalına görə, komandanın baş məşqçisi Xosep Qvardiola şəxsi antirekordunu təkrarlayıb. Mütəxəssis “şəhərlilər”də ən çox məğlubiyyət yaşadığı ikinci mövsümü olub.

Daha əvvəl 2019/20 mövsümündə “Mançester Siti” bir mövsümdə 12 dəfə uduzub.