İspaniyalı mütəxəssis Xosep Qvardiola “Mançester Siti”ni 500-cü oyuna çıxarıb.
Futbolpress.az xəbər verir ki, onun yubileyi “Lester”lə səfər matçına təsadüf edib. “Mançester Siti” Premyer Liqanın XIX turunda “tülkülər”i 2:0 hesabıyla məğlub edib.
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında 362 qələbə qazanıb, 63 dəfə heç-heçə edib, 75 dəfə məğlub olub.