Quti “Real”ın oyununu tənqid etdi

“Real”ın sabiq futbolçusu Quti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “kral klubu”nun bumövsümkü çıxışını tənqid edib:

“Heyətdə dəyişiklik demək olar, yoxdur. Mbappe gəldi, Kroos getdi. Komanda işləmir. Yüksək keyfiyyətli heyət olsa da, xırda detallarla oyunlar qazanılır. Sərgilənən futbol ürəkaçan deyil. “Real”da daha cəsur olmalısınız. Komandanın çıxışı gözləniləndən aşağıdır”.

“Real” La Liqada 21 xalla 2-ci sıradadır.