II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Qusar” futbol klubunun üzvü Eşqin Tağıyev mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XX turun “Qusar” – “Lerik” oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.