“Quru oyun”ların ən yaxşısı kimdir?

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümündə ən çox quru oyun keçirən qapıçı məlum olub.

“FutbolPress”in məlumatına görə, bu, “Zirə”nin qolkiperi Aydın Bayramovdur. Azərbaycan yığmasına da dəvət alan Bayramov başa çatan mövsümdə 31 oyunun 17-də qol buraxmayıb.

İkinci sırada “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram qərarlaşıb. Moldovalı qolkipr 34 matçın 16-da qapısını toxunulmaz saxlamağı bacarıb.

“Üçlüy”ü “Qarabağ”dan Mateuş Koxalski tamamlayır. Polşalı “əlcək sahibi” 17 matçın 11-də qol buraxmayıb.

Premyer Liqada başa çatan mövsümdə yalnız iki qapıçı quru oyun keçirməyib. “Zirə”dən Tiaqo Silva, “Araz-Naxçıvan”dan isə Tərlan Əhmədli iştirak etdikləri matçda qollar buraxıb. Tiaqo 3, Tərlan isə 2 görüşdə meydanda olub.

Şahin Cəfərov