Qurbanov üçün iki variant: ya Premyer Liqa, ya Türkiyə

Müqavilə ilə “Araz-Naxçıvan”a məxsus olan, icarə əsasında “Difai Ağsu”da çıxış edən Bayraməli Qurbanov karyerasını Türkiyədə davam etdirə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçiyə Türkiyədən maraq var. Qurbanov mövsümün sonunda “Araz-Naxçıvan”dakı taleyi ilə bağlı qərar verəcək.

O, Premyer Liqadan yeni müqavilə təklifi almazsa, legioner həyatı yaşamaq variantını nəzərdən keçirəcək. Qurbanovla sözügedən ölkənin aşağı liqa klubları maraqlanır.

Bayraməli qış fasiləsində icarə əsasında “Araz-Naxçıvan”dan “Difai Ağsu”ya keçib.