Qurban Qurbanovun neytrallaşdırılması boyu

Yuxu – 1:

Salam, oğul! Mən Lələ Qorqudam. Gəldim yuxuna, deyəm ki, bilmirsən təzə AFFA rəhbərliyi Qurban Qurbanovu millinin baş məşqçiliyinə namizədlikdən necə uzaqlaşdırdı? Sizin hamınız bu hoqqanı səmirsiz necə həzm etdiniz?

Axı “66-cı ilin “bürünc” əhli” bu kələkbazlığa necə uydu, ey oğul?!

Yad ellərdə yar axtararlar, yad ellərdə bar axtararlar, yad ellərdə tar axtararlar, qafiyə üçün lap belə, yad ellərdə şar axtararlar, ancaq milli komanda üçün baş məşqçi nəbadə, oğul!

“66-cı ilin “bürünc” əhlinin” harasına yaraşır bu, igid?!

Get!

Get, o AFFA rəhbərliyinə ərz et ki, Lələ Qorqud bu halınıza görə dilxor olub! Təpənizə dəysin islahat, heç olmasa, Qurbanı İcraiyyə Komitəsinə pərçimləməyin, əl-qolunu bağlamayın, kafirlər! O adamın millinin baş məşqçisi olması aksioma idi, siz “Qarabağ”ın uğurları da vacibdir deyib, onu İK sakininə çevirdiniz.

“66-cı ilin “bürünc” əhli isə ağzına su alıb, oturub, eləmi?

Ordan bir siqaret.. ee, sazımı ver, görək, a bəy!

Qazan bəyin oğlu Uruzun dustaq olduğu kimi, bir gün o Uruzun dustaqlıqdan azad olması da var, oğul!

Basatın Təpəgözü öldürməyini gözləyənədək “66-cı ilin”bürünc” əhli yuxuda çezəcək. Bir əncam qıl, oğul!

Parlamaqda olan Rəşad Sadıqov da lazım bilinmədi, eləmi?!

Mütləq yad ellərdən gətirilməlidir, hə?

Ta bir sözüm qalmadı, al bu sazı, so…

Kamil Əhməd