Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olub.
Futbolpress.az xəbər verir ki, iclasdan sonra Komitənin üzvü Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Mütəxəssis müzakirə olunan məsələlərdən danışıb:
“Ümumi müzakirələr oldu. Hər dəfə lazım olan əsas işlər barədə müzakirələr olur. Hazırda kollektiv yenidir. Yeniliklər axtarılır. Qəti qərar olmaqdıqda biz də fikir bildirə bilmirik. Ümumi bir neçə iclasdan sonra futbolun inkişafı üçün lazım olan məlumatlar veriləcək”.
Mütəxəssis “Qəbələ”nin akademiyasının saxlanılması ilə bağlı maliyyənin ayrılacağını da qeyd edib:
“Maliyyə ayrılacaq. Hər xırda detala belə əl atılır ki, komandanın infrastrukturu qorunub saxlanılsın”.
İclasda milli komandanın baş məşqçi məsələsi də müzakirə olunub:
“Milli komandanın baş məşqçisi məsələsi müzakirə olundu. Yaxın günlərdə bu barədə qərar veriləcək”.