“Qarabağ” qapıçı Andrey Lunyovla yolların ayrılmasından sonra bu mövqeyə axtarışlarını sürətləndirəcək.
“FutbolPress“in əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov mümkün qədər qısa zamanda heyətə qolkiper cəlb olunmasını istəyib.
“Atlılar”In gürcüstanlı “əlcək sahibi” Luka Quqeşaşvili də yol üstündədir. Legioner qapıçı az şans qazanmasından narahatdır və daha çox oynaya biləcəyi komandaya keçmək arzusundadır.
“Qarabağ” mümkün ayrılıq fonunda təcili qapıçıya ehtiyac duyur. “Atlılar” Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə başlayacaq və oyunlar iyulun sonunda olacaq. Qurbanov yay toplanışına qədər və oyunlara tam heyətlə hazır ola bilməkçün qapıçı transferinin qısa zamanda tamamlanmasını istəyir.
Şahin Cəfərov