“Turan”ın ölkəmizi ilk dəfə “Fənərbaxça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, 10 qolun vurulduğu yoldaşlıq matçı sülhlə başa çatıb.
“Turan” – “Kəpəz” 5:5
“Turan”ın heyətində qolları Etimad Qurbanov, Musa Qurbanov (2), Nizami Ocaqverdiyev, Qurban Qurbanov vurub.