Qurban Qurbanov: “Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları söyləyib:

“Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq. Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm.

Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur”.