Qurban Qurbanov Avropa çempionu oldu

Azərbaycanlı güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o finalda İslam Əliyevə 8:2 (AİN) qalib gələrək qızıl medalı əldə edib.

Daha əvvəl Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.