Quqeşaşvili “Qarabağ”dan ayrıldı – yeni klubu bəllidir

“Qarabağ”ın gürcüstanlı qapıçısı Luka Quqeşaşvili Yunanıstanın “Panserraikos” klubuna keçdi.

Futbolpress.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 2 illik müqavilə imzalanıb.

Quqeşaşvili 2022-ci ilin yayından “Qarabağ”da çıxış edirdi. O, Premyer Liqada 33 oyunda 26 qol buraxıb.