Quliyev: “Azərbaycana qayıtmağı düşünmürəm”

Taylandın “Muanq Loy Yunayted” klubunda çıxış edən Məmməd Quliyev Azərbaycana qayıtmağı düşünmür.

29 yaşlı yarımmüdafiəçi “FutbolPress“ə açıqlamasında klubunda özünü xoşbəxt hiss etdiyini dedi:

“Azərbaycana qayıtmağı düşünmürəm. Hələlik burda xoşbəxtəm və özümü rahat hiss edirəm. Burda klublar çoxdur və sərfəli təkliflər olduğu üçün Taylandda qalıram”.

Azərbaycan çempionatını izlədiyini deyən Quliyev Tayland ilə Azərbaycan futbolunun fərqindən danışdı:

“Tayland çempionatının səviyyəsi aşağı deyil. Burda Azərbaycandan fərqli olaraq daha çox güc futboluna üstünlük verirlər. Futbola maraq var, azarkeşlər oyunlara gəlir. Hazırda kubok oyunları gedir, yanvarın 18-dən isə çempionatda dövrəyə start veriləcək. Hələki Azərbaycana qayıtmaq fikrim yoxdur”.

Quliyev daha əvvəl Azərbaycanda “Şüvəlan”, “Rəvan”, “Keşlə” (indiki “Şamaxı”) forma geyinib.

Şahin Cəfərov