“Quba” heyətinə türkiyəli basketbolçu qatıb.
Futbolpress.az xəbər verir ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Tunahan Aslantaşla anlaşıb.
O, mövsümün sonuna qədər komandaya kömək edəcək. 2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq bölgə klubunun düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan”, “Sərhədçi” klublarında oynamışdı.