“Atletiko”nun hücumçusu Antuan Qrizmannın sərbəsqalma məbləği məlum olub.
Futbolpress.az xəbər verir ki, fransalı futbolçunu almaq istəyən klublar 15 milyon avro ödəməklə onu heyətlərinə cəlb edə bilərlər. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
33 yaşlı hücumçunun “Atletiko” ilə sözləşməsi 2026-cı ilin yayına kimidir. O, son mövsümdə La Liqada 33 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.