Fransa millisi Avro-2024-ün 1/4 final mərhələsində Portuqaliyanı məğlub edib.
Futbolpress.az xəbər verir ki, əsas vaxtı qolsuz başa çatan qalibi penaltilər seriyasında müəyyənləşib və daha dəqiq olan “xoruzlar” qələbə qazanıb.
Yarımmüdafiəçi Antuan Qrizmann bu görüşdə iştirak edib. O, Fransa yığması ilə Avropa çempionatlarının final mərhələlərindəki 16-cı görüşünü keçirib.
Qrizmann final mərhələlərində oyun sayında yığmanın sabiq müdafiəçisi Lilian Türamın rekordunu təkrarlayıb.
Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.