Antuan Qrizmanın Madrid “Atletiko”sundakı gələcəyi hələ də qeyri-müəyyəndir.
Futbolpress.az xəbər verir ki, fransız futbolçuyla yanaşı daha 2 futbolçu mövsümün sonunda “Atletiko”nu tərk edə bilər. Bunlar 33 yaşlı Aksel Vitsel və 35 yaşlı Sezar Azpilikuetadır. Qrizmanın hələ 2026-cı ilə qədər klubla müqaviləsi olsa da karyerasını İspaniyada davam etdirəcəyi sual altındadır. Ulduz futbolçu MLS-in “Los Anceles” klubundan gələn təklifi qəbul edib-etməyəcəyinə hələ qərarını verməyib. Fəqət mövsümün sonuna qədər qərarın veriləcəyi gözlənilir.
Belçikalı Vitsellə ispaniyalı Azpilikuetanın Madrid təmsilçisiylə müqaviləsi isə mövsümün sonunda başa çatır.