Qriqorçukdan sonra o da göndərildi

“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.