“Neftçi” qış transfer dönəmində bir neçə oyunçu ilə vidalaşacaq.
“FutbolPress“in məlumatına görə, baş məşqçi Samir Abasov artıq yolüstündə olanları müəyyənləşdirib və qış fasiləsini gözləyir.
Daha əvvəl Andrey Şinyaşiki ilə vidalaşan “ağ-qaralar”da növbəti yolçu Andriy Ştoqrindir. Roman Qriqorçukun vaxtında heyətə cəlb edilən ukraynalı oyunçu ümidləri doğrultmur və onunla yollar ayrılacaq.
Ştoqrin bu mövsüm 16 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.