Roman Qriqorçukun gəlişiylə də vəziyyəti düzəlməyən “Neftçi”də yeni hərəkətlilik başlayıb. Hiss olunur ki, həm klub, həm komanda istiqamətində cərəyan edən dalğa bütün ipləri ələ almaq məqsədilədir.
Yens Anderssonun idman direktoru postundan qarşılıqlı razılaşma əsasında göndərildiyi açıqlanandan sonra başqa hansı addımların atılacağı da azarkeşlər tərəfindən maraqla gözlənilir.
“FutbolPress“in əldə etdiyi məlumata görə, Qriqorçuk Emin Mahmudovdan kapitanlığı alıb. Onun qərarı ilə yeni kapitan Ramil Şeydayev, vitse-kapitanlar isə Yuri Matias və Robert Bauer olacaq.
Araşdırmalarımızdan aydınlaşdırmışıq ki, Qriqorçukun bu addımının məqsədi komandadaxili “güc mərkəzini” Mahmudovun əlindən almaqdır.
Maraqlıdır, Qara Qarayevlə yolların ayrılmasından sonra onun “ağ-qaralar”a qoşulmasında təşəbbüskar olmuş Emin də “vuruldu”.