Ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi”dən ayrılmasını şərh edib.
Futbolpress.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Azərbaycana bir məqsədlə getmişdim – çempionluğa ümid edir, Çempionlar Liqasında oynayacağımızı düşünürdüm. Yeganə səbəb bu idi. Gülməli olsa da, 9 turdan sonra komanda qələbə qazana bilmədi. Bu vəziyyətdə ayrılmaqda başqa qərar verilə bilməzdi. İndi Ukraynadayam və “Neftçi”yə uğurlar arzu edirəm”.
Qriqorçuk bu yay “Neftçi”yə baş məşqçi təyin edilmişdi.