Azərbaycan Premyer Liqasının IX turunun “Kəpəz” – “Neftçi” oyunundan (4:3) sonra qonaq komandanın baş məşqçisi Roma Qriqorçuk jurnlistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə bağlı fikirlərini bölüşüb…
– Məğlubiyyətə əsas səbəb nə idi?
– Bugünkü oyun barədə təhlil aparıb, nəsə deyə bilmərəm. Karyeramda bəlkə də, ilk dəfədir. Bu cür oyunları dəqiqliklə təhlil etmək lazımdır. Bu oyundan sonra şəxsi durumum haqda nə deyə bilərəm? Elə vəziyyətdəyəm ki, inana bilmirəm bu şeylər baş verir. Sanki yuxudayam.
– Yəqin hazırda heç bir məşqçi yerinizdə olmaq istəməz. Bundan sonra nə gözləyirsiniz?
– Bu haqda düşünməmişəm. Hansısa fikirləri ertələmək lazımdır. Azarkeşlərimiz mənə qarşı yaxşı olmayan sözlər işlədirdi. Onlardan incimirəm, pis fikirdə də deyiləm. Sadəcə demək istəyirəm ki, səbirli olduqları üçün onlara təşəkkür edirəm. Onları başa düşürəm, həqiqətən. Hər şeyə rəğmən təşəkkür edirəm və onlara böyük hörmətim var.
– Nə oyun var, nə nəticə. Necə düşünürsünüz, nə qədər davam edəcək bu durum?
– Hazırda nəsə fikirləşib, deməyi ertələmək lazımdır. Hörmətsizlik kimi qəbul etməyin.
– Getmək vaxtının olduğunu düşünmürsünüz?
– Düşündüyüm şey haqda danışmışam. Konfransda bu tipli sualları müzakirə etmək istəmirəm.
– Maraqlıdır, gəldiyiniz vaxtdan bu yana komandada nələri dəyişə bilmisiniz?
– Bu sualın da cavabını ertələyirik. “Neftçi”yə gəldiyim üçün peşman deyiləm.
– Autsayderə məğlubiyyəti faciə kimi qəbul edirsiniz?
– Məğlubiyyət kimi qəbul edirəm, faciə yox. Hazırkı vəziyyətə inana bilmirəm.
– İstefanıza kim mane olur?
– Bu mövzuları burda müzakirə etmirəm.
Şahin Cəfərov