Azərbaycan Premyer Liqasının VI turunun “Zirə” – “Neftçi” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– İlk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək.
– Milli fasilədə “Neftçi”nin özünə gələcəyini gözləmək olardı. Amma bu gün 90 dəqiqə ərzində qol epizodunuz da yox idi. Belə futbolla “Qarabağ”la matçda komandadan nə gözləmək olar?
– Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim, buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz.
– “Neftçi” hazırda Premyer Liqada ən az qol vuran iki komandadan biridir. Hücum xəttindəki bu passivliyi nə ilə izah edərdiz?
– Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik.
– “Neftçi” uduzduqca, sizin də bu komandada karyeranız sona yaxınlaşır?
– Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil.
– “Kəpəz”i udmaq potensialındasınız?
– Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var.