Qrinvud üçün 75 milyon avro təklif edildi

PSJ Meyson Qrinvudu yaxından izləyir və ingilis hücumçu üçün “Marsel”ə rəsmi olaraq 75 milyon avro təklif edib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı Qrinvud bu yay “Mançester Yunayted”dən ayrıldıqdan sonra “Marsel”ə qoşulub və onun potensialı PSJ-nin diqqətini çəkib. “Mançester Yunayted” gələcək satışın 50%-ni özündə saxlayır, yəni PSJ-nin təklifi qəbul olunarsa, “qırmızı şeytanlar” 75 milyon avroluq transfer haqqının 37,5 milyon avrosunu alacaq.

İngiltərəli hücumçunun “Marsel”lə müqaviləsi 2029-cu ilin yayına kimidir.