Qrinvud karyerasını İtaliyada davam etdirə bilər

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər

Futbolpress.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Qrinvudun xidmətində “Yuventus” maraqlıdır.

Həmçinin hücumçunu  “Borussiya” və “Atletiko”da heyətinə qatmağı planlayır.

22 yaşlı futbolçu son mövsümü icarə əsasında “Xetafe”də çıxış edib. Hücumçu ümumilikdə Mançester təmsilçisinin heyətində 129 oyun keçirib, 35 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.