“Bavariya”dan ayrılacağı iddia edilən Serj Qnabri açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı hücumçu xəbərlərin yalan olduğunu söyləyib. O, klubla müqaviləsinin davam etdiyini bildirib və üzərində hansısa təzyiq olmadığını söyləyib.
Qnabri ötən mövsüm “Bavariya”da 20 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.