GOAL nəşri “Qızıl top”a favoritlərin siyahısını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mükafatı qazanmağa ən yaxın ad Vinisius Juniordur. “Real”ın vingeri bu mövsüm La Liqada və Çempionlar Liqasında qalib olub, ÇL-də mövsümün ən yaxşı futbolçusu seçilib.
İkinci sırada onun komanda yoldaşı Cud Bellingem yer alıb. Ümumiyyətlə, “dördlük”də 3 futbolçu “Real”dandır. 3 və 4-cü sırada Kilian Mbappe ilə Toni Kroos qərarlaşıb. Beşinci pilləni isə “Bavariya”dan Harri Keyn tutub.
“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.