“Qızıl top”a ispaniyalı bir futbolçu layiqdir”

“Mançester Siti”nin və İspaniya millisinin futbolçusu Rodri açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Qızıl top”a namizədlər arasında yer alan yarımmüdafiəçi bunları deyib:

“Avropa çempionatını qazanandan sonra dedim ki, “Qızıl top”a ispaniyalı bir futbolçu layiqdir. Əla dönəm keçirdik və bütün müfakatları qazandıq. Daha əvvəl də tariximizin ən yaxşı dönəmində olanda ispaniyalı heç kim “qızıl top” qazanmadı. Çünki həmin vaxt iki nəhəng var idi – Ronaldo və Messi. Həmin dövrdəki komanda üzvlərimi pis hesab etmirəm, ancaq həqiqətən, Ronaldo və Messi başqa səviyyədə idi.

İndi bizdə də yaxşı oyunçular və əla futbol oynayırıq. İspan futbolu buna layiqdir”.

“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.