Braziliyalı hücumçu Neymar “Qızıl top”a namizədini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, həmyerlisi Vinisius Juniorun bu mükafata layiq olduğunu deyib:
“Qızıl top” Vinisiusun haqqıdır. Ona finaldan öncə və sonra yazdım. Onu çox sevirəm. Futbolun mənə bəxş etdiyi böyük dostlardan biridir. İnanıram ki, o, “qızıl top”u qazanacaq”.
Vinisius bu mövsüm “Real”la La Liqanı və Çempionlar Liqasını qazanıb.