“Qızıl buts”un sahibi məlum oldu

Avropanın TOP-5 çempionatlarında 2023/2024 mövsümünün bombardiri məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Bavariya”nın hücumçusu Harri Keyndir.

İngiltərəli futbolçu bu mövsüm 45 oyunda 44 qol vurub, 12 məhsuldar ötürmə edib. Keyn mövsümün əvvəlindən “Bavariya”da çıxış edir.