“Qırmızı”sız karyera

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta qırmızı vərəqə almadan karyerasını başa vurub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi klub və milli səviyyəsində 1016 oyunda meydana çıxıb və heç birində qovulmayıb.

İnyesta 1996-2018-ci illərdə “Barselona”da çıxış edir. O, komandada 674 oyunda 57 qol vurub, 136 məhsuldar ötürmə edib. Futbolçu eyni zamanda İspaniya yığmasında 134 matçda 26 qol vurub, 25 məhsuldar ötürmə edib.

İnyesta daha sonra Yaponiyada “Vissel Kobe”, Birləşmiş Ərəb Əmirliklərində “Emireyts”də çıxış edib.