“Qırmızı vərəqədən sonra oyun dəyişdi” – Farioli

Avropa Liqasının III turunun “Qarabağ” – “Ayaks” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Françesko Farioli jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Nəticədən məmnunam. Səfər oyununda vacib qələbə qazandıq. Əvvəldən asan olmayacağını bilirdik. Daha yaxşı olmaq istəyirik.

– “Ayaks” top klublardan biridir. Bugünkü matçda hakimin performansını necə dəyərləndirirsiniz və Niderlandda belə xırda foullara ağır qərarlar verilir?

– Təəssüf ii, hakimlik haqda danışmırıq. Bu, bizim prinsipimizdir.

– İlk hissədə komandanızın oyunundan nə dərəcə razı qaldınız? Fərqli “Ayaks” gözləyirdik…

– Birinci hissədə “Qarabağ” fantastik oynadı. Oyuna enerjili başladılar. Qırmızı vərəqədən sonra oyunda dəyişiklik oldu.

– Qələbədə əsas amil nə oldu?

– Təbii ki, bir çox elementlər var idi. İlk qoldan sonra daha üstün olduq və rahat oynadıq. Ancaq rəqibin də təzyiqi var idi. Qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans qazandıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi.

– “Ayaks” əvvəlki gücündə deyil. 9 nəfərlə qalan rəqibinizə böyük üstünlük qura bilmədiniz. Bundan sonrakı rəqibləriniz daha güclüdür. Belə oyunla onları məğlub edə biləcəksiniz?

– Oyunumuzu təkmilləşdirməyə çalışacağıq. Komandada inkişaf davam edir. Gələcək oyunlarda çətinliklərin öhdəsindən gələ biləcəyik. Buna potensialımız var. Ola bilər, özümüzü tam göstərə bilmədik. Amma bu turnirdə yeni format var və hər qol, hər oyun vacibdir.

Şahin Cəfərov