Qazaxların debütantı: “Çətin emosiyalar var”

Qazaxıstan millisinin qapıçısı Aleksandr Zarutskiy yığmada debüt edib. O, Azərbaycan milisinə qarşı keçirilən yoldaşlıq görüşündə (2:3) forma geyinib.

Futbolpress.az xəbər verir ki, qolkiper debüt matçı haqda fikirlərini bölüşüb:

“Debüt etdim, ancaq qələbə qazana bilməmək məyus edir. Çətin emosiyalardır. Qalib gəlsəydik, daha yaxşı ola bilərdi. Mənə şans verən məşqçilər heyətinə təşəkkür edirəm. Qol buraxmamaq istəyirdim, ancaq olmadı. İlk hissənin son dəqiqələrində buraxılan qol qırılma anı oldu. Bəlkə də, həmin qol olmasaydı, nəticə belə olmazdı”.