Qazaxıstan millisinin sabiq futbolçusu Aleksandr Kirov bu gün Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis qazaxların qələbə qazanmalı olduqlarını deyib:
“Bir-birini yaxşı tanıyan rəqiblərin görüşü olacaq. Son bir neçə ildə bu komandalar arasında çox oyunlar olub. Fikrimcə, Qazaxıstan bu gün Azərbaycanı məğlub etməlidir. Əsas olan müdafiədə səhv etməməkdi. Bundan əlavə, millinin Azərbaycana çox qol vura biləcəyini düşünürəm”.
Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.